İcra başçısı öz köməkçisindən niyə çəkinir? – “Köməkçi “Qəmlo”nun adamıdı bəy, hər addımımızı güdür…”

İcra başçısı öz köməkçisindən niyə çəkinir? – “Köməkçi “Qəmlo”nun adamıdı bəy, hər addımımızı güdür…”

Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərən Həsənovun qəzəbinə tuş gəlib.

Savash.org-a bunun səbəbləri haqda danışan mənbənin sözlərinə görə, Cəlilabad RİH başçısının son vaxtlar özünü "müstəqil” aparmağa cəhdlər etməsi Kərəm Həsənovu qeyzləndirib: "Məlum olduğu kimi, Cəlilabad rayonu qeyri-rəsmi olaraq Kərəm Həsənovun kurasiyasındadır. Elə rayonun icra başçısı Əziz Əzizov da onun inanılmış kadrlarından sayılır. Ancaq Əziz Əzizovun son vaxtlar komitə sədrilə əvvəlkindən daha az hesablaşmağa cürət etməsi tərəflər arasında narazılığı pik həddə çatdırıb”.

Mənbə Savash.org-a onu da söyləyib ki, indi Kərəm Həsənov icra başçısından daha çox, onun köməkçisi Malik Şərbətova inanır: "Malik Şərbətov əslində bu posta məhz icra başçısına nəzarət etmək üçün gətirilib. O, Kərəm Həsənovun inanılmış adamlarındandır. Bu faktın təsdiqi kimi yalnız bir məqamı xatırlatmaq yerinə düşər ki, Malik şərbətovun bir oğlu Kərəm Həsənovun köməkçisi, digər oğlu isə onun rəhbərlik etdiyi komitədə şöbə müdiri vəzifəsində çalışır”.

Əldə etdiyimiz informasiyaya görə, Əziz Əzizov çoxdandır ki, bəzi işlərindən köməkçisinin xəbəri olmaması tədbirləri üzərində çalışır. Bu məqsədlə icra başçısı bəzi "mühüm işləri” xidməti otağında deyil, rayondakı özünə məxsus restoranda reallaşdırır. Belə ki, köməkçisinin xəbər tutmaması üçün "mühüm qəbulları” və "əlverişli söhbətləri” gecə saatlarında restoranda təşkil edən Əziz Əzizov bununla Kərəm Həsənovun xəbəri olmadan müəyyən projelərə imza atıb.

Gecə saatlarında restoranda baş tutan ənənəvi "qəbulllar”dan birində isə Əziz Əzizov niyə belə etdiyini məşhur Azərbaycan filmindən çox populyar sitatı gətirməklə izah etməyə çalışıb: "Köməkçi "Qəmlo”nun adamıdı bəy, hər addımımızı güdür”.

Cəlilabad RİH başçısının Kərəm Həsənovdan gizlin hansı işləri həyata keçirməsi haqda isə növbəti yazımızda bəhs edəcəyik.

Orxan/ Savash.org


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...