Mərdan Camalov komaya saldığı baş həkimin yerinə namizəd tapıb- ŞOK TƏFƏRRÜAT

Mərdan Camalov komaya saldığı baş həkimin yerinə namizəd tapıb- ŞOK TƏFƏRRÜAT
Şirvanın icra başçısı Mərdan Camalovun xəstəxananın baş həkimi Fərhad Səfərovu komaya salması xəbəri ictimailəşəndən sonra yeni məlumatlar əldə etmişik. 

AFN.az-a daxil olan xəbərə görə, Şirvanın icra başçısı Mərdan Camalov baş həkimlə arasında olan konfiliktin mediaya sızmasından bərk narahat olub. Narahatlığının səbəbi isə baş verən sensasion hadisənin prezident İlham Əliyevin 2014-2018-ci illər üçün regionların sosial iqtisadi inkişafına həsr olunmuş müşavirədə icra başçılarına xəbərdalıq etməsi ilə üst-üstə düşməsi olub. Müşavirənin səhəri məsələnin ictimailəşməsi Mərdan Camalovun qara siyahıya düşməsinə səbəb ola bilər. 
Aldığımız məlumata görə, Mərdan Camalov müavini Elmira Ağayevanı xəstəxanaya baş həkimi əvəz etmək üçün getməyə qoymayır. 2 gündir ki, Elmira Ağayeva xəstəxanaya getmir. Buna baxmayaraq, komaya düşən baş həkim Fərhad Səfərovun məsələsi sağalıb qayıdandan sonra icra hakimiyyətində şura iclasında müzakirəyə çıxarılacaq. Mərdan Camalov şöbə müdirlərini məsələ ictimailəşməzdən öncə yanına çağırıb iclas edib deyib ki, baş həkim Fərhad Səfərov ölsə günahı məndə görməyin. Mən baş həkimi nə qədər düzgün işləməyə dəvət etdim o, öz bildiyini etdi. Mərdan Camalov xəstəxananın baş həkimi postuna kadr da müəyyənləşdirib. Mərdan Camalovun ən yaxın adamı olan həmin şəxs hazırda Şirvan poliklinikasının müdiri Şakir Qədirovdur. 
AFN-i məlumatlandıran mənbənin sözlərinə görə, bu adamı Mərdan Camalovun təkidi ilə poliklinkaya müdir təyin ediblər: "Şakir Qədirov ixtisasca cərrahdır. Təkbaşına heç vaxt əməliyyata girməyib. Akif, Namizəd və digər cərrahlarla əməliyyatda olub. Amma Şirvanda hamı Şakir Qədirovu alverçi kimi tanıyır. Mərdan Camalovun dayısı kollec direktoru Balamirzə Məmmədovla Şakir Qədirov Türkiyədən Şirvana pal-paltar gətirib satırdılar. Şakir Qədirov Mərdan Camalova o qədər yaxındır ki, yol polisi işləyən oğlu Eminin toyunun dəvətnaməsini ona yazdırırdı. İndi məqam yetişib Şakir Qədirov artıq baş həkim olmağa iddialıdır. Maraqlısı odur ki, xəstəxanada bütün məsələlər Mərdan Camalovun müavini Elmira Ağayevanın iradəsi ilə həll olunur. Xəstəxanaya adicə xadiməni Elmira Ağayeva götürürdi. Görəsən, Şakir Qədirov baş həkim olandan sonra Mərdan Camalov Elmira Ağayevaya yenə də imkan verəcəkmi xəstəxananın işinə müdaxilə etsin? Qeyd etdiklərimiz Şirvan xəstəxanasının reallıqlarıdır və təkzib olunmaz faktlardır. Yaxın gələcəkdə siz də Mərdan Camalovun planlarının həyata keçməsinin şahidi olacaqsız".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

Nazir müavini işdən çıxarıldı - FOTO

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Ələkbərli vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, bu ...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Mikayıl Cabbarov Məhəmməd Əbunəyyan ilə görüşdü

Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin...

Əli Əsədov Olivye Bukalla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalla görüşüb.   Sfera...

“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

Müasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qo...

Həftənin 3 şanslı bürcü – Sevgi və pul gəlir!

Yeni həftə bəzi bürclər üçün sevgi və maddi bolluq vəd edir. Sfera.az xəbər verir ki, göy qübbəsindəki müsbət enerjilər münasibətlərdə istilik, maliyy...