Bel tabesi - diaqnoz və müalicə

Bel tabesi - diaqnoz və müalicə

Bu sifilisin gecikmiş,dördüncü forması hesab edilir. Sifilisin bu formasına nadir hallarda təsadüf edilir.Bel tabesi adətən infeksiyaya yoluxmadan 15-25 il sonra inkişaf edir. Xəstəlik zamanı makroskopiyada onurğa beyinin arxa kanalları və arxa köklərinin atrofiyası aşkar edilir.

Sfera.az immunitet.az-a istinadən bildirir ki, baxış zamanı onurğa beyinin yumşaq qişası qalınlaşmış, tutqun olur. Bu zaman onurğanın keçirici yollarında,arxa köklərdə,arxa buynuz hissələrdə degenerativ dəyişikliklər aşkar edilir. Bel tabesində onurğa beyinin yumşaq qişasının iltihabi dəyişiklikləri onun arxa hissəsində yerləşir. Müayinə zamanı bəzi kəllə sinirlərinin də zədələndiyi aşkar edilir.
Xəstəliyin əsas əlamətlərindən biri hissiyyat pozulmalarıdır.Bel tabesinin əlamətləri aşağıdakılardır:
- seqmentar paresteziya
- hipeteziya
- hiperesteziya
- ağrı
Xəstəlik zamanı ağrılar atıcı,nüfuzedici xarakterli olub,aşağı ətraflarda lokallaşır,qəfildən peyda olur və paroksizmal şəkildə gedir.Bu zaman vətər refleksləri zəifləyir,bir müddət sonra isə itir.
Bel tabesi zamanı trofiki pozulmalar baş verir və xəstələrdə aşağıdakı dəyişikliklər meydana çıxır:
- kəskin arıqlama
- dərinin nazikləşməsi
- pəncənin deşilən yarası
- ağrısız atrofiyalar
- saçların tökülməsi
- dişlərin tökülməsi
Xəstəliyə diaqnozun qoyulmasında atıcı ağrılar,bəbək pozulmaları. Xəstəlik az simptomlu,uzun gedişə malik olduğu üçün diaqnozun qoyulması çətinlik törətsə də müayinə zamanı Vasserman,STİR və İFR reaksiyalarının müsbət göstəricisi diaqnozun təsdiqlənməsində mühüm rol oynayır.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...