"Amerikalı müfəttişlər İranın nüvə obyektlərin buraxıla bilər" – Eslami

"Amerikalı müfəttişlər İranın nüvə obyektlərin buraxıla bilər" – Eslami

İran və ABŞ arasında nüvə proqramı ilə bağlı mümkün razılaşma fonunda İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami açıqlama edib. 

 

Sfera.az bu barədə “TASS”agentliyinə istinadən xəbər.

 

O bildirib ki, Tehran nüvə obyektlərinə MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) amerikalı müfəttişlərini buraxmağı nəzərdən keçirə bilər.

 

“Adətən düşmən ölkələrin müfəttişlərinə icazə verilmir, lakin əgər nüvə sazişi imzalansa, MAQATE-də çalışan amerikalı müfəttişlərin ölkəmizin nüvə obyektlərinə daxil olmasına icazə verilə bilər”, - deyə Elsami qeyd edib. 

 

AEOI rəhbəri İranın nüvə proqramının yalnız dinc məqsədlər üçün nəzərdə tutulduğunu bir daha vurğulayıb və əlavə edib ki, ölkənin nüvə fəaliyyəti beynəlxalq nəzarət altındadır. O, uranın zənginləşdirilməsi ilə bağlı İranın mövqeyini “qanuni və hüquqlara əsaslanan” adlandırıb.

 

Bu açıqlama ABŞ və İran arasında nüvə danışıqlarının beşinci raundunun mayın 23-də Romada baş tutmasından sonra verilib. 

 

“The Wall Street Journal” ın məlumatına görə, görüş razılaşmasız başa çatsa da, tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

 

ABŞ Prezidenti Donald Tramp danışıqlarla bağlı optimist fikirlər səsləndirərək bildirib: “Yaxın iki gündə sizə yaxşı və ya pis nəsə deyəcəyimi bilmirəm, amma hiss edirəm ki, sizə yaxşı bir şey söyləyəcəyəm. Biz real və ciddi irəliləyiş əldə etdik”.

 

Tramp həmçinin qeyd edib ki, İrana qarşı hərbi zərbədən yayınmaq üçün razılaşma əldə olunmasını istəyir.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...