Kobaxidze İlham Əliyevitəbrik etdi


Kobaxidze İlham Əliyevitəbrik etdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib. 

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

"Zatı-aliləri.

 

Sizi Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Gürcüstan Hökuməti və gürcü xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

 

28 May tarixi əhəmiyyət daşıyan bir gündür və Azərbaycan xalqının azadlıq arzusunun və müstəqilliyinin rəmzidir.

 

Dostumuz və strateji tərəfdaşımız Azərbaycanın uğurları və inkişafı bizi səmimi-qəlbdən sevindirir. Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında ümumi maraqlara, regionun inkişafına və sabitliyinə yönələn möhkəm tarixi dostluq və əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcəkdir.

 

Müstəqilliyin bu əlamətdar günündə Sizə daim firavanlıq, tərəqqi və dövlət quruculuğu yolunda daha da böyük uğurlar arzulayıram.

 

Cənab Prezident, Sizə dərin ehtiramımı ifadə edir və ən xoş arzularımı çatdırıram"


OXŞAR XƏBƏRLƏR

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...