Bu gənclərə Prezident mükafatları verildi - SİYAHI
18:01 / 02.02.2017
690
Prezident İlham Əliyev 2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2017-ci il Gənclər üçün Prezident mükafatları verilsin:
Bağırov Emil Oqtay oğlu
İsrayılova Aygün Əlimərdan qızı
Məcidova Məryəm Teymur qızı
Seyidov Mirhəsən Mirheydər oğlu
Suxostat Lyudmila Valentinovna
Vəkilov Vurğun Mehman oğlu".