Ərdoğanın Əliyevə məktubunda hansı mesajlar var? - AÇIQLAMA

Ərdoğanın Əliyevə məktubunda hansı mesajlar var? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də 28 May- Müstəqillik Günü ilə bağlı Azərbaycan lideri İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

O, təbrik məktubunda ölkəmizin həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyduğunu və yüksək səviyyəli əlaqələrimizi “Bir millət, iki dövlət” ruhunda daha da möhkəmləndirmək istədiyini vurğulayıb. Ərdoğan qeyd edib ki, qardaşlıq əlaqələri və bənzərsiz əməkdaşlığın ölkələri ortaq inkişaf hədəflərinə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini müşahidə edir. 

 

Bəs Ərdoğan İlham Əliyevə təbrik məktubunda hansı mesajları vermək istəyib?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyənin müstəqillik günü ilə bağlı Azərbaycanı ilk təbrik edənlərdən biri olması, əlbəttə, siyasi mesaj olmaqla yanaşı, həm də simvolik əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də Türkiyə olub. 

 

 

K.Novruzov qeyd edib ki, budəfəki təbrik məktubunda ən diqqətçəkən məqamlardan biri Türkiyənin Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan qürur duyduğunun diqqətə çatdırılmasıdır:

 

“Bu nəticələr arasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunmuş nəticədən tutmuş, rəsmi Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə, İslomofobiyaya qarşı mübarizəyə qədər müxtəlif məqamlar var. Əlbəttə, bu uğurlar strateji müttəfiq kimi Türkiyəni sevindirir, gücünə güc qatır. 

Bakı ilə Ankara həm regional, həm də beynəlxalq müstəvidə koordinasiyalı hərəkət edirlər. Bu isə tərəfləri bir-biri üçün vacib partnyora çevirir. Ərdoğanın təbrik məktubunda yazılanlar da bunu bir daha təsdiqləyir”. 

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...