Azərbaycana həşəratlar gətirilib:Nə üçündür?

Azərbaycana həşəratlar gətirilib:Nə üçündür?

Azərbaycan bu il 8 milyon 509 min 450 həşərat idxal edib. İdxal olunan həşəratların 95%-i Rusiyanın payına düşüb. Rusiyadan alınan hər 100 həşərata orta hesabla 37 qəpik ödənilib. Rusiyadan əlavə, Mərakeşdən və Belçikadan da həşərat gətirilib.

 

Maraqlıdır, ölkəmizdə həşəratdan hansı məqsədlərlə istifadə olunur?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən bioloq Eldar Şükürov bildirib ki, Azərbaycanın idxal etdiyi həşəratlar müxtəlif məqsədlərlə istifadə oluna bilər.

 

Onun sözlərinə görə, ən çox Bombus arıları istixanalarda pomidor və digər tərəvəz bitkilərinin çiçəklərində tozlanma aparmaq üçün istifadə olunur.

 
“Arılar, xüsusilə bal arıları, meyvə və tərəvəz bitkilərinin tozlanmasında mühüm rol oynayır. Faydalı həşəratlar (məsələn, parabüzən və ya parazit arılar) zərərli həşəratlarla mübarizədə istifadə olunur. Bəzi həşəratlar (məsələn, termitlər, qarışqalar) torpağı havalandırır və üzvi maddələrin parçalanmasına kömək edir. Həşəratlar əczaçılıq və tibbdə də istifadə olunur Məsələn, bəzi həşəratların ifraz etdiyi maddələrdən antibiotik və ya yara sağaldıcı vasitələr hazırlanır. Meyvə milçəkləri (Drosophila) genetika tədqiqatlarında geniş istifadə olunur”.
 
 

Bioloq qeyd edib ki, həşəratlar protein mənbəyidir:

 

“Bəzi ölkələrdə (məsələn, Tailand, Meksika) həşəratlar (çəyirtkə, un qurdu və s.) qida kimi istifadə olunur. Onlar yüksək proteinli və ekoloji cəhətdən dayanıqlı qidadır. Qaradəri əqrəb, ipək qurdu kimi həşəratlardan alınan maddələr qida boyaları və əlavələr üçün istifadə oluna bilər. İpəkqurdu (Bombyx mori) ipək parça istehsalında əsas rol oynayır. Koşineal böcəklərindən alınan təbii qırmızı boya (karmin) kosmetika və qida məhsullarında istifadə olunur”.
 
 
E.Şükürov nəzərə çatdırıb ki, həşəratlar dünyada bir çox məqsədlə istifadə olunsa da, ölkəmizdə konkret hansı sahədə tətbiq olunması ilə bağlı dəqiq məlumat yoxdur.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...