Kadırov xəstəliyindən DANIŞDI:“Ölüm hər kəsin yoludur”


Kadırov xəstəliyindən DANIŞDI:“Ölüm hər kəsin yoludur”

2025-ci il mayın 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı yayılan şayiələr fonunda qədim bir qüllənin önündə video paylaşaraq bildirib ki, xəstəlik və ölüm hər kəsin yoludur, lakin insanın həyatına yalnız nəfəs verən qərar verir.

 

Sfera.az xəbər verir ki, o, bu tip şayiələri yayanları "xaricdə gizlənən, cəsarətsiz dedi-qoducular" adlandırıb və vurğulayıb ki, hər gün — Uca Yaradan tərəfindən verilmiş qiymətsiz bir nemətdir.

 

Rusiyanın “Novaya qazeta. Yevropa” nəşrinin məlumatına görə, Kadırov mədəaltı vəzi nekrozundan əziyyət çəkir və yaz aylarında səhhəti pisləşib.

 

O, demək olar ki, Qroznıdakı klinikanı tərk etmir. Daha öncə bu tip xəbərləri gəzinti və görüşlərdən videolar paylaşmaqla təkzib edirdi.
 

May ayında Kadırov bildirib ki, Vladimir Putindən onu vəzifədən azad etməyi xahiş edib, lakin bu təklifi rədd edilib.
 

O, bu xəbərlərə münasibət bildirərkən Mark Tvenin məşhur ifadəsini xatırladıb:
 

"Ölümüm haqda xəbərlər xeyli şişirdilib".


OXŞAR XƏBƏRLƏR

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...