İslamiadaya qatılacaq könüllülərə ali məktəblərdə güzəşt olacaqmı? - Nazir açıqladı
16:50 / 02.02.2017
604
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək könüllü tələbələrə ali təhsil müəssələrində hər hansı güzəşt olmayacaq.
Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov bildirib. O deyib ki, müxtəlif yarışlarla əlaqədar bəzi məkanlardakı təhsil müəssisələrinin proqramında dəyişiklik edilə bilər: "Tələbələr arasında könüllülərinin olması bizi sevindirir. Düşünmürəm ki, könüllülərin ali təhsil müəssisələrində güzəştlərə ehtiyacı var. Belə halla rastlaşmamışıq. Biz öz ali təhsil müəssisələrimizə, tələbələrimizə, könüllülərimizə arxalanmalıyıq".
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları bu il mayın 12 - 22-də Bakıda keçiriləcək.