Mahir Emreliyə Almaniyadan daha bir TƏKLİF

İdman
16:09 / 26.05.2025
4025
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın daha bir klubunun maraq dairəsinə düşüb.
Sfera.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Fortuna”nın hədəfindədir.
Düsseldorf klubu yayda azad agent statusu alacaq forvardı transfer etməyi düşünür.
Mahirin keçidini klubun Direktorlar Şurasının üzvü Klaus Allofs və idman direktoru Kristian Veber istəyir.
“Nürnberq”lə müqaviləsi başa çatmaqda olan Mahir “Sankt Pauli” və “Kayzerslautern”in də hədəfindədir. Hücumçunun özü də Almaniyada qalmaq istədiyindən “Fortuna” bundan yararlanmaq iddiasındadır.
Qeyd edək ki, “Fortuna” 2-ci Bundesliqada mövsümü 6-cı yerdə başa vurub.