Sosial şəbəkələr hər kəsdə bu problemi yaradırmış - ARAŞDIRMA

Sosial şəbəkələr hər kəsdə bu problemi yaradırmış - ARAŞDIRMA

Son elmi araşdırmalar sosial şəbəkələrin – xüsusilə də “TikTok” və “Instagram” kimi sürətli məzmun platformalarının istifadəçilərin zaman anlayışına ciddi təsir etdiyini ortaya qoyub. 

 

Sfera.az xəbər verir ki, Stanford Universiteti və Kopenhagen Universiteti alimlərinin birgə apardığı tədqiqatda məlum olub ki, bu platformalarda vaxt keçirən insanların əksəriyyəti real zaman hissini itirir, beyində isə bu proseslər konkret fizioloji dəyişikliklərlə müşayiət olunur.

 

Araşdırmaya əsasən, istifadəçilərin 70%-i sosial şəbəkələrdə keçirdikləri vaxtı olduğundan daha az hesablayır. Məsələn, 1 saata yaxın vaxt keçməsinə baxmayaraq, onlar bunu cəmi 10-15 dəqiqə kimi qavrayırlar. Bunun əsas səbəbi isə “sonsuz sürüşdürmə” funksiyası və beyni davamlı stimullaşdıran tez dəyişən vizuallar göstərilir.

 

Nevroloqların izahına görə, beyin daim yeni və maraqlı informasiyalara fokuslandıqda zamanın keçməsini ölçən neyron əlaqələr xüsusilə baza ganglia və prefrontal korteks arasındakı əlaqə zəifləyir. Bu da istifadəçidə vaxtın necə keçdiyini hiss etməməyə səbəb olur.

 

Eyni zamanda, bu platformalarda hər yeni məzmunun yaratdığı dopamin ifrazı istifadəçidə kiçik həzz dalğaları yaradır. Bu dalğalar zaman algısını daha da “pərdələyir” və nəticədə istifadəçi planlaşdırdığından qat-qat çox vaxtını sosial mediada keçirir.

 

Mütəxəssislər bu vəziyyətin diqqət dağınıqlığı, yuxu rejiminin pozulması və emosional yorğunluq kimi nəticələr doğura biləcəyini bildirir. Xüsusilə gənc istifadəçilər arasında “vaxtsızlıq stressi” və məhsuldarlıqla bağlı günahkarlıq hissi kimi yeni psixoloji halların artdığı qeyd olunur.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...