Yerin nüvəsində xəzinə tapıldı

Yerin nüvəsində xəzinə tapıldı

Almaniyanın Göttingen Universitetində çalışan alimlər Yer kürəsinin dərinliklərində mühüm elmi kəşfə imza atıblar. 

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, yeni araşdırmalara əsasən, Yerin nüvəsində böyük miqdarda qızıl və digər qiymətli metallar mövcuddur və bu maddələr mantiyadan səthə doğru sızır.

 

Tədqiqat Havay adalarında yerləşən vulkanik süxurlar üzərində aparılan izotop analizləri ilə həyata keçirilib. Nəticələr göstərib ki, bu süxurların tərkibində nüvədən gələn izlərə rast gəlinib. Xüsusilə rutenium-100 izotopunun bolluğu bu qiymətli metalların Yerin nüvəsində yarandığını sübut edir.

 

Araşdırmanı aparan alimlərdən biri, Nils Messlinq, ilk nəticələr barədə belə bildirib: “İlk məlumatlar daxil olanda başa düşdük ki, sanki qızılla büdrəmişik”.

 

Tədqiqatçılar izotop fərqlərini aşkar edə bilən yeni bir analiz texnikası hazırlayıblar. Bu üsul ilk dəfə olaraq səthdəki rutenium ilə nüvədən gələn rutenium arasındakı fərqi dəqiq şəkildə ölçməyə imkan verib.

 

Araşdırmada iştirak edən digər alim, professor Mattias Vilbold isə bildirib: “Yerin nüvəsi, əvvəllər güman edildiyi kimi, təcrid olunmuş bir struktur deyil”.

 

Vilbold əlavə edib ki, okean adaları əslində mantiya ilə nüvə sərhədindən səthə doğru qalxan nəhəng qaya kütlələri nəticəsində yaranır.

 

Bu kəşf Yer kürəsinin daxili quruluşuna və metallarla zəngin maddələrin dinamikasına dair mövcud elmi yanaşmaları dəyişdirə bilər.


Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. &nb...

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...