"ABŞ ilə danışıqlar gündəmdə deyil" - İran XİN

Dünya
13:12 / 26.05.2025
4151
"İran və ABŞ arasında müvəqqəti razılaşma məsələsi hazırda İranın nüvə proqramı ətrafında böhranın həlli üzrə dolayı danışıqların gündəmində deyil”.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.
"Hazırda ABŞ-lə müvəqqəti razılaşma gündəmdə deyil. Danışıqların beşinci raundunda məsələnin gündəmə gəlməməsi açıq-aydındır", - o mətbuat konfransında qeyd edib.
Fidan Hacızadə
Sfera.az