Ukrayna dronu Putinin helikopterinə hücum edib?


Ukrayna dronu Putinin helikopterinə hücum edib?

Rusiya Prezidenti Vladimir Putinin helikopteri onun Kursk vilayətinə səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin dronlarının miqyaslı hücumunun mərkəzinə düşüb.

 

Sfera.az xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin deyib

 

Onun sözlərinə görə, göyərtəsində Putinin olduğu helikopter Kursk vilayəti üzərində uçuş həyata keçirəndə dronların hücum intensivliyi artıb:
 

"Biz eyni zamanda hava hücumuna qarşı döyüş aparırdıq və havada prezident helikopterinin uçuşunun təhlükəsizliyini təmin edirdik", - deyə o bildirib.
 

Xatırladaq ki, Putin mayın 20-də Kurska səfər etmişdi.


OXŞAR XƏBƏRLƏR