Qalmaqallı direktor işdən çıxarıldı

Qalmaqallı direktor işdən çıxarıldı

Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Ruzvay oğlu Yahyayev işdən çıxarılıb.

 

Sfera.az-ın məlumatına görə, onun vəzifəsi hələlik xəstəxananın baş həkimi Arzu Teymurovaya həvalə edilib.

 

Bildirilib ki, Rauf Yahyayev öz ərizəsi ilə işdən çıxıb.

 

Xəbəri Goranboy rayon Mərkəzi Xəstəxanasından təsdiq ediblər.

 

Xatırladaq ki, o bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.

 

Qeyd edək ki, Rauf Yəhyayev bir neçə dəfə qalmaqalla gündəmə gəlib. Ötən il onun pasiyenti döyməsi barədə video yayılmışdı, daha sonra sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi.

 

2024-cü ilin fevral ayında isə onun özünün xəstəxanada bir neçə şəxs tərəfindən döyülməsi barədə məlumat yayılıb.

 

Həmin ilin oktyabr ayında isə barəsində vəzifə saxtakarlığı maddəsi ilə ittiham irəli sürülərək cinayət işi açılmışdı


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...