İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı


İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub.

 

Sfera.az xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyindən sonra başlayıb. Özünü pis hiss edən Rebekka əvvəlcə bunun qida zəhərlənməsi olduğunu düşünüb. Aylarla çəkən narahatlıqdan sonra isə qarın boşluğunda yayılmış, jele kimi xərçəng mayesi olan müsinlə bağlı diaqnoz qoyulub.

 

İlk əməliyyatda ondan kor bağırsağı, göbək, mədə pərdəsi və 6 litr müsin çıxarılıb. İkinci əməliyyatda isə dalaq, öd kisəsi, yoğun bağırsaq, uşaqlıq, yumurtalıqlar, mədənin bir hissəsi və digər orqanlarla birlikdə cəmi 13 orqan və orqan hissəsi götürülüb.

 

Amma bu da bəs etmədi. Kimyaterapiyaya da baxmayaraq, xərçəng geri dönüb. 2022-ci ildə yeni bir müalicəyə ümid etsə də, o da yarımçıq qalıb. Rebekka indi "müalicəolunmaz" xəstə kimi yaşayır. Həkimlər ümidini kəssə də, o, yaşamaq uğrunda mübarizəni davam etdirir.

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...