Köçəryan Kremlə çağrıldı: Paşinyan planı müzakirə edildi

Köçəryan Kremlə çağrıldı: Paşinyan planı müzakirə edildi

Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb. Ermənistanla iş üzrə yeni kurator, Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko hazırda vəziyyətlə tanış olur.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

 

Erməni nəşri bildirir ki, Rusiyanın fəallaşması fonunda bir neçə gün əvvəl sabiq Robert Köçəryan Moskvada qısamüddətli səfərdə olub:

 

“O, ötən gecə qayıdıb, amma Kremldə ona deyilənlər barədə komandasına məlumat verməyib. O, əvvəlki səfərindən sonra mətbuat konfransı keçirərək, fəallığını artırmışdı. İddiaya görə, budəfəki mövzu Baş nazir Nikol Paşinyanın impiçmenti məsələsi olub və yaxın günlərdə açıqlama və bəzi addımların atılacağı istisna edilmir.

 

İstisna edilmir ki, Köçəryan bu məsələdə çox da qətiyyətli olmağa çağırılıb və onunla baş nazirliyə namizədlərin adları müzakirə edilib. Yeri gəlmişkən, görüş və müzakirə Kiriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub”.


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...