Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi “Ümumdünya Qida Təhlükəsizliyi Günü” kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, həm də qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.
 

Veysəloğlu Şirkətlər Qrupu olaraq biz də bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində “Qida Təhlükəsizliyi Ayı” kimi elan edirik.

 

Bu təşəbbüs çərçivəsində bir sıra maarifləndirici və tərəfdaşlıq yönümlü tədbirlərin həyata keçirilməsi planlaşdırılır:
 

Qida təhlükəsizliyi üzrə ixtisaslaşan ali təhsil müəssisələrinin tələbələri üçün infoturlarının təşkili. 

 

Bu infoturlar Veysəloğlu Şirkətlər Qrupuna daxil olan əsas infrastruktur obyektlərinə – Ulduz Şokolad Fabrikinə, Məhəmmədi qəsəbəsində yerləşən Logistika Mərkəzinə və mikrobioloji laboratoriyaya yönəldiləcək. Eyni zamanda, ali təhsil müəssisələrinin laboratoriyalarına da ziyarətlər təşkil olunacaq. 


Məqsəd istehsal, saxlama və nəzarət proseslərini, həmçinin elmi-tədqiqat mühitini yerində tanıtmaqdır;
 

Keyfiyyət Assosiasiyası ilə birgə təlim və seminarların keçirilməsi;


Kütləvi informasiya vasitələrində maarifləndirici materialların yayımı;
 

Sahə üzrə ekspertlərin iştirakı ilə elmi-praktik konfransların təşkili.

 

Qida təhlükəsizliyi insanların sağlam həyat tərzinin qorunması, ictimai rifahın gücləndirilməsi və davamlı sosial-iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyan sahələrdəndir.
 

Veysəloğlu Şirkətlər Qrupu olaraq daim bu məsuliyyətin fərqindəyik və bu yöndə maarifləndirmənin artırılması, eləcə də dövlət, özəl və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına töhfə verməkdə maraqlıyıq.


OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...