Azərbaycanda əməkhaqqı ilə bağlı YENİLİK

İqtisadiyyat
12:10 / 23.05.2025
3557
İşçilərin iş yerinin və orta əməkhaqqının saxlandığı hallara dair dəyişiklik edilir.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə işçinin iş yeri və orta əməkhaqqı saxlanılır.
Təklif edilən dəyişikliyə əsasən, hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə işçinin iş yeri və orta əməkhaqqı saxlanılmayacaq.
Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az