Parlament Pakistanla olan sazişi təsdiqlədi

Parlament Pakistanla olan sazişi təsdiqlədi

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i ratifikasiya edib.

 

Sfera.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

 

Məlumat üçün bildirək ki, Azərbaycan və Pakistan arasında “Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş 2025-ci il 24 fevral tarixində Pakistanın Lahor şəhərində imzalanıb. 

 

Sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir.

 

Sənəd fitosanitar nəzarətin qarşılıqlı şəkildə həyata keçirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üçün hüquqi əsas yaradır. 

 

Saziş eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) və Dünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitariya Sazişi (SPS Agreement) ilə tam uyğunluq təşkil edir və bu öhdəliklərin ikitərəfli çərçivədə praktiki tətbiqinə xidmət edir.

 

Azərbaycan tərəfindən Sazişin icrasına məsul orqan kimi Qida Təhlükəsizliyi Agentliyi, Pakistan tərəfindən isə Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqat Nazirliyi müəyyən edilib. Bu qurumlar məhsulların yoxlanması, fitosanitar sənədlərin hazırlanması, zərərli hallarda qarşı tərəfin məlumatlandırılması və karantin siyahılarının mübadiləsi funksiyalarını icra edirlər.

 

Sənəd 5 il müddətinə bağlanır və tərəflərdən biri ləğv etmək istəmədikdə avtomatik olaraq növbəti beşillik dövr üçün uzadılır. 

 

Hər hansı əlavə və ya dəyişiklik yalnız qarşılıqlı razılıq əsasında, protokol formasında təsdiqlənməklə mümkündür.

 

Azərbaycan üçün bu Sazişin strateji əhəmiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının ixracında beynəlxalq fitosanitar tələblərə cavab verilməsi zəruridir. 

 

Bu sənəd bir tərəfdən məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır, digər tərəfdən isə ölkəyə idxal edilən məhsullarla zərərli orqanizmlərin daxilolma riskinin qarşısını almaq üçün effektiv hüquqi mexanizm yaradır. 

 

Beləliklə, Saziş həm iqtisadi maraqların qorunmasına, həm də biosanitar təhlükəsizliyin təmin edilməsinə xidmət edən mühüm normativ sənəddir.


Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...