Kamaləddin Qafarov: “Azərbaycan həmişə Macarıstanın yanında olub”

Kamaləddin Qafarov: “Azərbaycan həmişə Macarıstanın yanında olub”

“ Bu il mayın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə dair bir çox mühüm məsələlər müzakirə olunub. Dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında qeyd edib ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir”.

 

Bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 

O, qeyd edib ki, cənab Prezident tarixi köklərə malik olmalarını ölkələrimizin oxşar cəhətlərindən biri kimi vurğulayıb. “Məlumdur ki, Macarıstan və Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri bütün Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Məhz buna görə də iki ölkənin rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyət daşıyır. Diqqətəlayiq haldır ki, Macarıstanın Baş naziri öz bəyanatında son 20 il ərzində ölkələrinin istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətlərdə üzləşdiyi hər hansı çətinlik zamanı hər zaman cənab Prezident İlham Əliyevin onların yanında olduğunu xüsusi vurğulamışdır. Baş nazir Azərbaycanın Macarıstanla hər zaman dost olduğunu, bu gün isə artıq bütün Avropa üçün strateji tərəfdaş ölkəyə çevrildiyini qeyd edib.”
 

K.Qafarov Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsini də mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirib: “Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsi də mühüm siyasi anlam kəsb edən bir hadisədir. Məlumdur ki, Macarıstan TDT-nın tamhüquqlu üzvü deyil və yalnız müşahidəçi ölkə statusuna malikdir. Bununla belə, ölkə bu gün Təşkilatın Zirvə toplantısına ev sahibliyi edir. Bu faktın özü bir daha Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən biri olması ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin obyektivliyini təsdiq edir. Dövlət başçımızın bəyanatında qeyd olunduğu kimi, Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətin bir məsələdir. Çünki bir çox qaydalar və oturuşmuş prinsiplər mövcuddur. Avropa İttifaqının vahid xarici siyasət xətti də gözlənilməsi mütləq şəkildə tələb olunan prinsiplərdən biridir. Bütün bunlara baxmayaraq, Macarıstanın dövlət siyasətində məhz milli maraqların üstün tutulması təqdirəlayiq haldır. Azərbaycan və Macarıstanın uzun illər ərzində apardıqları uğurlu siyasət bu gün enerji sahəsində əməkdaşlıq üçün də əlverişli şərait yaradıb. Hazırda Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, bu yanacağı digər Avropa ölkələrinə tranzit edən ölkə kimi də tanınır. Azərbaycan isə özünün zəngin neft-qaz resursları sayəsində hələ bundan sonra da ən azı yüz il ərzində Avropa üçün bu sahədə etibarlı tərəfdaş olaraq qalacaq”.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...