Psixoloji yorğunluqdan belə xilas olun - TÖVSİYƏ

Psixoloji yorğunluqdan belə xilas olun - TÖVSİYƏ

Müasir dövrdə artan stres, qeyri-müəyyənlik və emosional yüklər bir çox insanın tez-tez “həyatdan yoruldum” deməsinə səbəb olur. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqların fikrincə, bu hisslər insan olmağın təbii bir parçasıdır. Lakin bu vəziyyətdən çıxış yolları da mövcuddur. Əgər siz də özünüzü yorğun, tükənmiş və ümidsiz hiss edirsinizsə, aşağıdakı 6 tövsiyə sizə psixoloji rahatlıq qazandıra bilər.

 

1. “Dünya ədalətlidir” düşüncəsinə qapılmayın

 

Araşdırmalar göstərir ki, insanlar adətən ədalətli dünyaya inanmağa meyllidirlər. Bu fikrə görə, baş verən hər şey insanın “layiq olduğu” nəticədir. Halbuki real həyat bu qədər sadə deyil. Hər kəs, hətta ən çalışqan və dəyərli insanlar belə, bəzən ağır həyat şəraitinə düşə bilər. Psixoloqlar deyirlər ki, çətinliklər yaşamağınız sizin günahınız deyil və bu sizi dəyərsiz etmir.

 

2. Əlinizdən gələni etdiyinizi özünüzə xatırladın


Həyat sizi sıxdıqda, bir anlıq dayanıb düşünün: “Hazırda əlimdən gələni edirəmmi?” Əgər cavabınız “bəli”dirsə, özünüzə qarşı sərt olmayın. Bu, sizin nə qədər güclü və dözümlü olduğunuzu göstərir. Həyat dəyişkəndir. Doğru zaman gəldikdə, yeni fürsətləri dəyərləndirə biləcəksiniz.

 

3. “Daha çox çalışmalıyam” tələsinə düşməyin


Çətinliklərlə qarşılaşdıqda insanlar çox zaman daha çox işləməyə yönəlirlər. Lakin bu, bəzən problemi dərinləşdirə bilər. Psixoloqlar xəbərdarlıq edirlər ki, bəzən daha çox çalışmaq deyil, dayanmaq, nəfəs almaq və istiqaməti dəyişmək həll yoludur. Yeni yolları sınamaq üçün özünüzə imkan tanıyın.

 

4. Həddindən artıq düşünməkdən çəkinin

 

Əgər bir məsələ üzərində uzun müddət düşünürsünüz və nəticəyə gələ bilmirsinizsə, bu sizə mənfi təsir edə bilər. Bu zaman diqqətinizi yayındırmaq və beyninizi dincəltmək daha faydalıdır. Mütəxəssislər bu üsulları tövsiyə edirlər:

  

 •    Meditasiya edin
 •    Fiziki məşqə vaxt ayırın
 •    Sevdiyiniz biri ilə söhbət edin

 

5. Gündəlik ritminizi tənzimləyin

 

Yuxu, qidalanma, sosiallaşma və iş rejimi insanın emosional vəziyyətinə birbaşa təsir edir. Əgər bu sahələrdə nizamsızlıq varsa, kiçik addımlarla bir plan qurmağa başlayın. Bu, həm fiziki, həm də psixoloji baxımdan özünüzü daha güclü hiss etməyinizə kömək edəcək.

 

6. Bədəninizi sakitləşdirin

 

Narahatlıq, qorxu və çarəsizlik hissi yaşadıqda, bədən “mübarizə, qaçış və donma” rejiminə keçir. Bu vəziyyətdə bəzi sadə fiziki toxunuşlarla sinir sisteminizi sakitləşdirə bilərsiniz:


•    Qolunuza yüngülcə toxunun
•    Dodaqlarınıza sakitcə barmağınızı qoyun
•    Əllərinizi bir-birinə sürtün

 

Bu kiçik hərəkətlər oksitosin hormonunu aktivləşdirərək sizə rahatlıq gətirə bilər.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...