Qəzada həyatını itirən qazi imiş- FOTO


Qəzada həyatını itirən qazi imiş- FOTO

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.

 

Sfera.az-ın məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.

 

R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.

 

Qeyd edək ki, qəza zamanı dah iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.(Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR