Bu il bank kartlarından 6 milyon manatdan çox pul oğurlanıb

Bu il bank kartlarından 6 milyon manatdan çox pul oğurlanıb

2025-ci ilin ilk dörd ayı ərzində kiber üsulla vətəndaşların bank kartlarından 6 milyon manatdan çox vəsait oğurlanıb.


Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib.

 

O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir və bu səbəbdən hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli davranmalıdır:

 

“2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib. 2025-ci ilin ilk dörd ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib”.

 

Şöbə rəisi profilaktik maarifləndirmə işlərinin vətəndaşların kiber savadlılığının artırılmasında faydalı olduğunu vurğulayıb:

 

“Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir. Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır.

 

Fəaliyyətə uyğun olaraq INTERPOL, EUROPOL və digər beynəlxalq qurumlarla birgə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə çox vacibdir”.


OXŞAR XƏBƏRLƏR

İranda yeni virusa yoluxanların sayı açıqlandı

Mart ayının 21-dən bu günə kimi İranda 259 nəfər danq qızdırmasına yoluxub.   Sfera.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb...

Türkiyəli tanınmış müğənni vəfat etdi - FOTO

Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rüçhan Çamay 94 yaşında dünyasını dəyişib.   Sfera.az Milli.Az-a istinadən ...

İlham Əliyev BMMT Baş Assambleyasının növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Assambleyasının üçüncü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. &...

Ərdoğana yeni səlahiyyət verilir

Türkiyədə Xüsusi Qüvvələr Komandanlığına təyin olunan quru qoşunları və hərbi dəniz qüvvələrinin generallarının yaş həddi 67-yə qaldırılacaq.   Sfera...

“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib.   Sfera.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki...

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? - Psixoloqdan AÇIQLAMA

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahə...