"Maşının ürəyi"ni yayda necə qoruyaq? - TÖVSİYƏ

"Maşının ürəyi"ni yayda necə qoruyaq? - TÖVSİYƏ

Yay aylarının yaxınlaşması ilə avtomobil sahibləri təkcə kondisionerin işlək olub-olmamasını deyil, eyni zamanda akkumulyatorun vəziyyətini də nəzarətdə saxlamalıdır. Çünki temperaturun yüksəlməsi akkumulyatorun ömrünü qısalda, hətta nasazlıq yarada bilər.

 

Sfera.az bildirir ki, akkumulyatorlar soyuq hava şəraitində daha tez boşalsa da, həddindən artıq istilər də onlara ciddi zərər verir. 

 

Havanın temperaturu artdıqca akkumulyatorun içindəki maye buxarlana bilər, bu da elektrolit səviyyəsinin düşməsinə və nəticədə daxili zədələnməyə səbəb olur. Üstəlik, mühərrik qızdıqca avtomobilin elektrik sisteminə düşən yük artır – bu da akkumulyatorun daha çox “çalışmasına” səbəb olur.

 

Yay istisində akkumulyatoru necə qoruya bilərik?

 

Bu məqamda akkumulyatorun vəziyyətini vaxtaşırı yoxlamaq lazımdır. Elektrolit səviyyəsini və korroziyanı nəzarətdə saxlamaq, nasazlıq riskini azaldır. Mümkün qədər birbaşa günəş altında park etməmək, motor bölməsindəki istiliyi azaldır. Generatorun və şarj sisteminin düzgün işləməsi akkumulyatorun tez boşalmasının qarşısını alır. Terminalların oksidləşməməsi üçün vaxtaşırı təmizlənməsi vacibdir. Radiator, kondisioner, işıqlar kimi sistemlərin lazımsız istifadəsi akkumulyatora əlavə yük salır.

 

Avtomobil ustaları xəbərdarlıq edir ki, yayda ən çox rast gəlinən nasazlıqlardan biri də akkumulyatorun qəfil sıradan çıxmasıdır. Bu isə sürücünü təkcə əlavə xərcə salmır, həm də qəfil yolda qalmaq riski yaradır. Buna görə də, yaz-yay mövsümünün əvvəlində akkumulyatorun ümumi vəziyyəti peşəkarlar tərəfindən yoxlanmalıdır.

 

İsti hava təkcə insan sağlamlığı üçün deyil, avtomobillər üçün də sınaq dövrüdür. Akkumulyatoru qorumaq isə avtomobilin ümumi sağlamlığını qorumaq deməkdir. Sadə və vaxtında atılan addımlar yay boyunca sizi nasazlıq və narahatçılıqlardan uzaq saxlaya bilər.

 

Firuzə Əliyeva
Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...