“Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı”- Nuranənin atası - VİDEO


“Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı”- Nuranənin atası - VİDEO

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəsmi nikahda yaşadığı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

 

Sfera.az Baku.TV-yə istinadən xəbər verir ki, Nuranənin atası İlkin Ələkbərov qızının işgəncə ilə öldürüldüyünü bildirib.

 

“Mənim balamı zülümlə öldürüb. Aldadıb aparıb öldürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, “get, bir də bura dönmə, nə vaxt atan, anan bura gələcək, söz verəcək...Nə vaxt ki, toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, “bu gəlin mənimdir, mən baxacam öz balam kimi”. Baxmadı ki... Getdim balamı gətirdim”, - o qeyd edib.

 

Atası bildirib ki, qızının yaşı düşmədiyi üçün onların rəsmi nikahı olmayıb: 

 

“Qızımı qaçırdı. Həmin gecə evlərinə getdim qızı gətirmək üçün. Düşdülər ayağımıza dedilər ki, “ağır seyidik, bu bala mənim balamdır, narahat olmayın. Bu qızı buradan heç kim apara bilməz, aparan da xeyir tapa bilməz. Ona görə də susduq qaldıq, kişi söz verdi də, biz nə bilərdik ki, bu kişi deyilmiş. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib qızımı aldadıb aparıb. 17-si qızımı öldürüb, dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə kürdən çıxardı meyiti”. 

 

Xatırladaq ki, S. Talıbzadə mayın 17-si birgə yaşadığı 16 yaşlı Nuranəni qətlə yetirərək Kürə atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

 

Ətraflı videomaterialda:

 

 


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...