Maqnus Karlsen dünya rekorduna imza atdı


Maqnus Karlsen dünya rekorduna imza atdı

2013-cü ildən 10 il ərzində dünya şahmat çempionu titulunu qoruyan norveçli qrosmeyster Maqnus Karlsen daha bir rekorda imza atıb.

 

Sfera.az istinadən xəbər verir ki, şahmatçı 143 min nəfərə qarşı eyni anda oynayaraq unikal bir nailiyyət əldə edib. Görüş "Chess.com" platformasında keçirilən və Fişer şahmatı qaydalarına əsaslanan (piyada istisna olmaqla fiqurların təsadüfi düzülməsi) xüsusi formatda baş tutub.

 

Aprelin 4-dən etibarən davam edən oyunda Karlsenin rəqibi "qalan dünya" olub. Maraqlısı odur ki, bu qədər sayda iştirakçı hər bir gedişi onlayn səsvermə yolu ilə birgə qərarlaşdırıb.

 

Ənənəvi şahmatdan fərqli olaraq təsadüfi düzülüşlə oynanılan bu partiya 32-ci gedişdə gedişlərin təkrar olunması səbəbilə heç-heçə ilə başa çatıb. Bu qarşılaşma həm texniki baxımdan, həm də tamaşaçı marağı baxımından dünya şahmat tarixində unikal hadisə kimi qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...

Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib -FOTOLAR

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.   Sfera.az xəbər verir ki, APA-nın Rusiya bürosu...