"Texpasport"da bu söz yazılıbsa... - DİQQƏT

"Texpasport"da bu söz yazılıbsa... - DİQQƏT

Xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazılır. Qeydiyyat şəhadətnaməsində bu söz yazılmış avtomobili isə digər şəxsin adına keçirilməsinə icazə verilmir.

 

Sfera.az avtosfer.az-a istinadla xəbər verir ki, avtomobilin qeydiyyat şəhadətnaməsində "müvəqqəti" sözünün yazılması qanunda nəzərdə tutulub. Lakin qeyd edilən bu söz ilkin qeydiyyata alınmış bütün avtomobillərə şamil edilə bilməz. Ümumiyyətlə "müvəqqəti" sözünün nəyə görə yazıldığını izah edək. Sənədlərində bu söz yazılmış avtomobilin özgəninkiləşdirilməsi (digər şəxslərə satılması) qadağan edilir və 3 ay ərzində İnterpol vasitəsilə nəqliyyat vasitəsinin oğurluq olub-olmaması yoxlanılır. Amma ölkəyə gətirilmiş bütün avtomobillərə şamil edilməsi ona görə nəzərdə tutulmayıb ki, xarici ölkədən alınan avtomobil oradan rəsmi şəkildə qeydiyyatdan çıxarılır və ona rəsmi qaydada tranzit nömrə verilir. Əgər avtomobil oğurluq olsa xarici ölkənin qeydiyyat orqanı avtomobili qeydiyyatdan çıxarmaz və ona heç bir halda tranzit nömrə verməz. Onlar tranzit nömrə verərkən avtomobilin oğurluq olub-olmamasını, cinayətdə iştirak edib-etməməsini hər bir halda yoxlayırlar. Necə ki, bizim ölkədə kimsə digər şəxsə maşın satan zaman Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində və şöbələrində sistem vasitəsilə bunu yoxladıqları kimi, xarici ölkənin qeydiyyat orqanları da bu məlumatları yoxlayıb qeydiyyat əməliyyatlarını həyata keçirirlər.

 

Bəs "müvəqqəti" sözü hansı halda yazıla bilər?

 

Bir şəxs xarici ölkədə sürdüyü maşını qeydiyyatdan çıxarmayaraq həmin ölkənin nömrəsi ilə Azərbaycana gətirir və burada sürür. Sonradan fikrini dəyişib Azərbaycanda qeydiyyata qoymaq istəyərkən, həmin avtomobili qeydiyyata alırlar və qeydiyyat şəhadətnaməsinə "müvəqqəti" sözü yazırlar. Bundan sonra isə İnterpol vasitəsilə həmin avtomobilin oğurluq olub-olmamsı, cinayətdə iştirak edib-etməməsi və ya üzərində hər hansısa bir axtarışın olub-olmaması araşdırılır.


OXŞAR XƏBƏRLƏR

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...