"Yaprak dökümü"nün balaca aktrisası illər sonra - foto
Maqazin
01:14 / 02.02.2017
5285
"Yaprak Dökümü" serialında (2006-2010) evin kiçik qızı Ayşeni canlandıran aktrisa Şəbnəm Cecelinin indiki görkəmi hamını heyran edir.
Sfera.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda 16 yaşı olan Şəbnəm serialdan sonra təhsilinə üstünlük verib. O, aktryorluq dərsi alır.
Dörd nəfərlik ailənin böyük uşağı olan Şəbnəm 5 yaşında aktrisa Ayla Alqandan dərs alıb. Elə həmin ildə agentliklərdən birinin diqqətini çəkərək "Yaprak dökümü"nə başlayıb:
"Ondan əvvəl heç bir layihədə iştirak etməmişəm. Serialın uzun çəkməsi, uğuru mənim üçün böyük təcrübə oldu".