Zəvvarlar Azərbaycandan Həcc ziyarətinə bu tarixdə yola düşəcək - QMİ

Zəvvarlar Azərbaycandan Həcc ziyarətinə bu tarixdə yola düşəcək - QMİ

Azərbaycandan ikinci zəvvar qrupunun Həcc ziyarətinə yola düşmə vaxtı məlum olub. İkinci zəvvar qrupu mayın 26-ı Həcc ziyarətinə yola düşəcək.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu açıqlamanı QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri verib.

 

Qeyd edək ki, Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək. Digər zəvvar qrupları da mərhələli şəkildə Həcc ziyarətinə yola düşəcəklər.

 

Həcc ziyarətinə getmək istəyən şəxslərin sənəd qəbulu yanvarın 21-dən aktivləşdirilib və qısa zamanda dayandırılacağı bildirilib.


Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

 

Bəs, Həcc ziyarətinə getmək istəyən şəxslərin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?

 

Tələb olunan sənədlər:


1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

 

Həcc ziyarətinə getmək istəyən şəxslər hara müraciət etməlidirlər?

 

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.


İcazəsiz Həcc ziyarətinə gedənləri hansı cəza gözləyir?

 

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb. APA xəbər verir ki, sabahdan başlayacaq və 44 gün davam edəcək yeni qaydalara görə həcc icazəsi olmadan Məkkəyə və müqəddəs bölgələrə girməyə cəhd edənlər ağır cəzalara məruz qalacaq. Onlara qarşı, 20 min riala qədər (təxminən 5 300 dollar) cərimə tətbiq olunacaq. Həcc ziyarətinə getmək istəyənlərə ziyarət vizası ilə kömək edənlər isə 100 min riala (təxminən 26 000 dollar) qədər cərimə olunacaqlar. Bundan əlavə, icazəsiz həcc ziyarətinə cəhd edən əcnəbi ziyarətçilər deportasiya ediləcək və 10 il müddətinə ölkəyə girişi qadağan ediləcək. Qaydalar çərçivəsində həmçinin ziyarət vizası sahiblərini daşıyan avtomobillərə də məhkəmə qərarı ilə həbs qoyula bilər.

 

Həcc ziyarətinə uşaq aparmaq qadağan edilib?

 

Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı rəsmi bildiriş yoxdur: “Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir".

 


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...