Bacısının evlilik verilişinə getməyindən danışdı - “Səviyyəmi endirməyin”

Bacısının evlilik verilişinə getməyindən danışdı -  “Səviyyəmi endirməyin”

Xalq artisti Brilliant Dadaşova bacısı, Rafael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşovanın

 Türkiyənin "Fox" telekanalında yayımlanan "Zuhal Topalla İzdivac" proqramına qatılması ilə bağlı xəbərə

 münasibət bildirib.

Sfera.az primetime.az-a istinadən xəbər verir ki, Rafael Dadaşov keçmiş həyat yoldaşının proqrama qatılmasında

 B.Dadaşovanı ittiham edib. O, bildirib ki, Sədaqəti Türkiyəyə bacısı Brilliant Dadaşova göndərib.

Hazırda Türkiyədə olan Brilliant Dadaşova bu söhbətlərdən təngə gəldiyini deyib:

“Ailə qurmaq ayıb deyil, təklik Allaha məxsusdur. 20 ildir ailəsi dağılan xanımın da yuva qurmaq haqqı var.

 İnsanın yaşlı vaxtında yanında yoldaşı olmalıdır. O niyə evində tək ölməlidir ki?!”.

Xalq artisti bu məsələdə onun adını hallandıranlara da üz tutub:

“Başa düşmürəm, axmaq insanlar məndən nə istəyir? Onların özünü araşdırsan nə qədər çirkab tapmaq olar.

 Öz gözlərində tiri görmürlər, başqasının gözündə tük axtarırlar. Mənim səviyyəmi endirməyin! Səviyyəsiz

 insanlara hesabat vermək fikrim yoxdur. Mədəni insanlar hər şeyi olduğu kimi başa düşür. Söz-söhbət 

axtaran insanlar da öz işləri ilə məşğul olsunlar. Ayıb başqqa şeylərdir, gedib onunla məşğul olsunlar. 

Ad-san qazanan insanlar, ordenli adamlar ayıb işlər görür. Mən bu söhbətlərdə adımın hallanmasını

 istəmirəm”.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...