Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq…


Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq…

Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə azalır. Onlar gələcəkdə bu hüquqdan istifadə edə bilməcəyəklərini düşünür və sosial ödənişlərə maraq göstərmirlər. Əksəriyyət fərdi maliyyə planlamasına üstünlük verir. Bildirilir ki, bu meyl əmək bazarında qeyri-rəsmi məşğulluğun artmasına və pensiya fondlarına daxilolmaların azalmasına gətirib çıxaracaq.

 

Gənclərin pensiya sisteminə inamsızlığı hansı iqtisadi nəticələrə səbəb ola bilər?

 

Sfera.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, gənclərin mövcud sığorta-pensiya sisteminə inamsızlığı təbiidir:

 

"Bu gün sosial ehtiyacların və tələblərin sayı çoxdur. Bunlar pensiya yaşı məsələsinə dair hər hansı bir kompensasiya və ya tədbirə maraq yaratmır. Nəticədə həm sahibkarlar, həm də vətəndaşlar üçün qeyri-leqal məşğulluğa geniş şərait yaranır. Sözügedən tendensiya məcburi dövlət sosial sığorta ödənişlərinin həcminə təsir göstərir. Könüllü sosial sığorta ödənişlərindən danışmırıq, çünki bu, hələ ki yoxdur".

 

Ekspert bildirib ki, çıxış yolu ölkədə sığorta-pensiya sistemini inkişaf etdirməkdir:

 

"Düşünürəm ki, maaşlar da mərhələli olaraq artırılmalıdır".


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...