Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb


Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub.

 

Sfera.az-ın Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Zelenski brifinq zamanı danışıb.

 

“Bu gün prezident Trampla müxtəlif formatlarda iki zəngim olub. İlk zəng oldu, biz Ukrayna üçün çox vacib olanı danışdıq. Bu atəşkəsdir, bunlar, prinsipcə, İstanbulda və ondan əvvəl daim müzakirə etdiyimiz qeyd-şərtsiz şeylərdir”, - deyə o bildirib.

 

Onun sözlərinə görə, ikinci telefon danışığında əsas müzakirə mövzusu rəsmi Moskvanın müharibənin bitməsini dəstəkləmədiyi təqdirdə ABŞ-nin Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməsinə dair olub:

 

“Üçüncüsü, mən ondan Putinlə söhbətindən əvvəl xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar əsas və çox vacib şeylərdir. Yaxşı, biz razılaşdıq ki, Putinlə söhbətindən sonra əlaqə saxlayacağıq. Sadəcə, kifayət qədər uzun söhbətimiz oldu, məncə, bir saatdan çox”

.

İkinci zəng zamanı Zelenski və Trampın söhbətinə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya Kansleri Fridriks Mers və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulub.

 

“Söhbət uzun və rəngarəng xarakter daşıyıb. Başa düşdüyüm kimi, prezident Tramp Ukrayna və Rusiya arasında birbaşa danışıqların ən vacib olduğuna inanır. Bu, onun mövqeyidir və nəticədə uzun müddət danışdıq. Əsas odur ki, o, Rusiya tərəfinin mümkün atəşkəs və öz baxışlarında növbəti addımlar kimi gördükləri müvafiq siqnalları verəcəyinə inanır”.

 

Zelenski həmçinin Trampdan xahiş edib ki, əgər münaqişə tərəflərinin fikirləri üst-üstə düşmürsə və Rusiya yerinə yetirilməz şərtlər irəli sürürsə, ABŞ bunu Moskvanın müharibəni dayandırmaq istəməməsi kimi dəyərləndirməli və müvafiq tədbirlər görməlidir. (Report)


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...