TAM 1 İL BOYUNCA ŞƏKƏR yeməyən qadın bədənində OLANLAR heyrətə saldı!
00:34 / 02.02.2017
2286
Bir zamanlar sağlamdım ya da ən azından elə olduğumu düşünürdüm. Təbii, bütün bir günü keçirə biləcəyəm kifayət qədər enerjim yox idi, amma Amerikanın yorğun kütlələr üçün davamlı televiziyada çığırtqanlığını etdiyi reklamları düşününcə enerji çatışmazlığından əziyyət olan tək adamın mən olmadığımı fərqinə vardım. Ailəmdən hər kəsin gələcək soyuq dəymə və qrip mövsümündən qorxduğunu və yanvar ayında da misofobi, yəni mikrob bulaşmasına qarşı həddindən artıq qorxu inkişaf etdirəcəklərini bilirdim.
Ən azından, şəkərin təsirləri haqqında bəzi narahat edici yeni məlumatlar eşidənə qədər mən də elə düşünmüşdüm. Çoxu mütəxəssisə görə, şəkər bir çox Amerikalının kök və xəstə olmasının əsl səbəbi. Bu mövzu haqqında daha çox düşündükcə söylənilənlər daha məntiqli gəlməyə başladı.
Yeddi Amerikalıdan biri metabolik bir xəstəliyə sahibdir. Üç Amerikalıdan biri kökdür. Diabet nisbəti sürətlə artır və ürək-damar xəstəliklər də Amerikanın bir nömrəli qatili olaraq bilinir. Bu nəzəriyyəyə görə, bu xəstəliklərin hamısı və dahasının əsl qaynağı bizim qidalanma alışqanlıqlarımızdaki maddəyə yəni şəkərə söykənir.
Ortaya atılan bütün yeni məlumatları topladım və bunları formalaşdırdım. Əlavə şəkər ehtiva edən qidaları yemədən bütün bir ili keçirmənin ailəmiz (mən, ərim və yaşları 6 və 11 olan iki uşaq) üçün nə qədər çətin olacağını görmək istədim. Süfrə şəkəri, ağcaqayın siropu, agave və ya meyvə suyu kimi əlavə dadlandırıcı ehtiva edən hər şeyi kəsəcəkdik. Şirin orijinal və təbii qaynağına (məsələn, bir parça meyvə) bağlı olmadığı təqdirdə də yeyilməyəcəkdi.
Araştırmalarımıza başladığımızda, tortilla, sosiska, toyuq suyu, salat sousu, sinə əti, kraker, mayonez, basdırma, çörək və hətta körpə maması kimi çox çaşdırıcı qidalarda şəkər gördük. Niyə bu qidalara bu qədər şəkər əlavə olunurdu? Bu yeməkləri daha ləzzətli hala gətirmək, rəf ömrünü uzatmaq və qablaşdırılmış qida istehsalını daha ucuz hala gətirə bilmək üçün idi bütün bunlar.
Mənə dəli deyə bilərsiniz, amma bir il ərzində əlavə şəkərdən uzaq böyük bir macəraya atıldım. Nə olacağını maraq edirdim. Necə olacağını, nə qədər maraqlı şeylərlə qarşılaşa biləcəyimiz və nə qədər çətin olacağını bilmək istəyirdim. Məqaləyə davam etdikdən sonra, şəkəri həyatımızdan çıxararaq hamımızı sağlam edəcəyimə razı oldum. Şəkər yeməmək məni gerçək və konkret bir şəkildə daha yaxşı hiss etdirə biləcəyini gözləmirdim.
Bu, güc dərk olunan bir şey idi amma fərq edilirdi; əlavə şəkər olmadan yemək yedikcə, daha yaxşı və daha enerjili hiss etdim. Ərimin doğum günündə yaşadıqlarım da bunu mənə sübut etdi. Heç şəkər istifadə etmədən keçirdiyimiz bir il ərzində, bir ailə olaraq qanunlarımızdan biri hər ay gerçək şəkər ehtiva edən bir şirin yiyə bilməkdi. Ad günündə şirini özün seçmək məcburiyyətində idi. Zamanla, Sentyabr ayına qədər damaq dadımızın yavaş yavaş dəyişməyə başladığını və aylıq şirin qaçamağımızdan da daha az zövq almağa başladığımızı fərq etdim.
Ərimin doğum günü qeyd etməsi üçün istədiyi çox mərtəbəli banan kremli tortu yeyəndə bir şeylər olduğunu anladım. Həm yediyim tort dilimindən zövq almadım həm də bir hissəsi belə bitirə bilmədim.