Özəlləşdirmə çekləri yenidən gündəmdə

Özəlləşdirmə çekləri yenidən gündəmdə

Milli Məclisin bu gün keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunub.

Bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.

Z.Oruc deyib ki, Azərbaycanda hazırda çoxlu sayda müəssisələr özəlləşdirməyə çıxarılır: "Keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq. Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır”.

Millət vəkili Vahid Əhmədov strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb:

"Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir. Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, "Maliyyə nəzarəti haqqında” qanunu qəbul etməliyik. 

Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. 

Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?”./apa


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...