EBRD və "Unibank" Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

EBRD və "Unibank" Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

"Unibank" və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş yeni tərəfdaşlıq razılaşması əldə olunub.

 

EBRD Azərbaycanda ilk dəfə “Unibank”a Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 5 milyon ABŞ dolları (təxminən 4.4 milyon avro) məbləğində maliyyələşmə limiti ayırıb.


Azərbaycanın sistem əhəmiyyətli banklarından biri olan “Unibank”la bu razılaşma EBRD-nin Londonda keçirilmiş 2025-ci il İllik Yığıncağı çərçivəsində imzalanıb.
Bu əməkdaşlıq “Unibank”a özəl sektorun beynəlxalq ticarət əməliyyatlarını daha effektiv şəkildə maliyyələşdirməyə və dünya bankları ilə əlaqələri genişləndirməyə imkan verəcək. Eyni zamanda, bu təşəbbüs ölkənin qeyri-neft sektorunun inkişafına və idxal-ixrac əməliyyatlarının artmasına dəstək verir.

 

EBRD-nin Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə Maliyyə İnstitutları Direktoru Corc Orlov bildirib:

 

“Londonda keçirilən EBRD İllik Yığıncağında “Unibank”dan olan həmkarlarımızı qarşılamaqdan məmnunam. Bu, bu il ərzində imzaladığımız ikinci razılaşmadır və bu dəfə xarici ticarətin dəstəklənməsi məqsədilə ticarət maliyyələşməsi xəttini açırıq. Əminəm ki, bu əməkdaşlıq “Unibank”ın ticarət maliyyələşməsi sahəsində fəaliyyətini genişləndirməsinə və Azərbaycanda ixrac-idxal əməliyyatlarının inkişafına töhfə verəcək.”

 

Unibank KB-nin Baş İnvestisiya İnzibatçısı Emin Rəsulzadə bildirib: “EBRD ilə əməkdaşlığımızın daha bir mərhələyə keçməsi bizim üçün qürurvericidir. Müştərilərimizin xarici ticarət əməliyyatlarının inkişafı istiqamətində atdığımız addımların belə nüfuzlu bir institut – EBRD tərəfindən tanınması və dəstəklənməsi bizim üçün böyük önəm daşıyır. Bu tərəfdaşlıq, “Unibank”ın Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlmiş
strategiyasında mühüm yer tutur”.

 

EBRD-nin Ticarətin Asanlaşdırılması Proqramı hazırda 27 ölkədə fəaliyyət göstərir və 125-dən çox emissiya bankı, 800-dən artıq təsdiqləyici bankdan ibarət geniş şəbəkəni əhatə edir. Proqram yerli banklara təqdim olunan zəmanətlər vasitəsilə beynəlxalq ticarəti asanlaşdırır və yeni bazarlara çıxışı təşviq edir. EBRD Azərbaycanda aparıcı institusional investorlardan biridir – bank bu günədək ölkə iqtisadiyyatının müxtəlif sahələrində təxminən 4 milyard avro məbləğində 200-ə yaxın layihəyə sərmayə qoyub. Bankın yenilənmiş Azərbaycan strategiyası ölkənin qeyri-neft sektorunun və yerli maliyyə institutlarının dəstəklənməsinə, eləcə də yaşıl iqtisadiyyata sərmayələrin artırılmasına yönəlib.

 

“Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.


OXŞAR XƏBƏRLƏR

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluq kinostudiyadakı partlayışın ilkin ehtimalını açıqladı

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...