Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Dünya
21:47 / 15.05.2025
4753
Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəcək.
Sfera.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Sözçü bildirib ki, görüş İstanbulda Dolmabahçe sarayında baş tutacaq.