Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?


Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir."

 

Sfera.az bildirir ki, Bunu "Ajans.az"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

 

O bildirib ki, bu mövzu ilə bağlı çoxlu təkliflər var:

 

"Təkliflər çoxdur. Sadəcə burada ən uyğun modeli müəyyənləşdirmək lazımdır. Necə ola bilər? Məsafəyə görə, günə görə, yoxsa sutkaya və ya saata görə mi? Həmçinin, burada daşıyıcıların da potensialı hansı səviyyədə olacaq? Dövlət subsidiyaları necə həyata keçiriləcək? Bunlar həyata keçiriləcəksə, ictimai nəqliyyatda müəyyən kateqoriyalı insanlara güzəştlər tətbiq ediləcəkmi?"

 

Ekspert əlavə edib ki, təkliflərin hər biri nəzərdən keçirilərkən müştəri məmnuniyyəti, onların razılığı, narazılığı və digər məsələlər diqqətə alınır:

 

"Həmçinin, burada müştəri məmnuniyyəti məsələsi də var. Sərnişinlər, ictimai nəqliyyatdan istifadə edən hər kəs bir müştəri sayılır. Onların razılığı və narazılığı hansı səviyyədə olacaq? Ümumilikdə, şəhərin tempinə necə təsir göstərə bilər? Şəhərin iqtisadiyyatına necə təsir edə bilər? Bunlar hamısı düşünülür. Müzakirələr aparılır. Biz özümüz də bu müzakirələrdə iştirak edirik. Bakı Metropoliteninin stansiyaları arasında məsafələr o qədər də uzaq deyil əslində. Qiymət dəyişikliyi olsa belə, məsafəyə görə kəskin dəyişiklik olacağını düşünmürəm."

 

Sonda o, əlavə edib ki, hələlik belə bir qərar yoxdur:

"Amma hazırda belə bir qərar yoxdur. Bunlar sadəcə müzakirələrdir. Müxtəlif platformalarda müzakirələr aparılır. Əgər biz metronu daha təhlükəsiz və keyfiyyətli etmək istəyiriksə, bu zaman dövlət tərəfindən ayrılan subsidiyaların həcmi də artırılmalıdır."


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən b...

Azər Yusifzadə vəfat etdi - FOTO

  Respublika Klinik Xəstəxanasının həkimi dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, xəstəxananın həkim-ümumi cərrahı Azər Yusifzadə ...

Şüa yerinə hüceyrə: Gələcəkdə xərçəng müalicəsi dəyişəcək

Elm və texnologiyada baş verən sürətli inkişaflar yaxın illərdə bir sıra ağır xəstəliklərin müalicəsini mümkün edə bilər.    Sfera.az xəbər veri...

Rusiyanı dayandırmaq mümkün olmur - Sanksiyalar fayda vermir

Ukrayna cəbhəsində Rusiya zəif də olsa irəliləyir. Qərbin bütün sanksiyalarına baxmayaraq Rusiyanı dayandırmaq hələ də mümkün olmayıb. Dünən açıqlanan məlumata ...

Dövlət qulluğu imtahanı keçiriləcək – BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il avqustun 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qrupl...

Zəngəzur dəhlizi reallaşır - İran və Ermənistan münasibətləri necə olacaq?

İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmağa davam edir. Ermənistan Baş naziri Nikol Paşinyandan sonra prezident Vaaqn Xaçaturyan da dəhlizin vacibliyini v...