“Son zəng”də şagirdlər məktəbli formasında olmalıdır – Rəsmi AÇIQLAMA

“Son zəng”də şagirdlər məktəbli formasında olmalıdır – Rəsmi AÇIQLAMA

“Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir. Bu o deməkdir ki, “Mən bu məktəbin bir hissəsiyəm. Bu məktəb də mənim üçündür”.

 

Sfera.az "Azərbaycan müəllimi" qəzetinə  istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib.

 

O, bildirib ki, uşaqlar “Son zəng” günündə məktəbli forması ilə də sağollaşırlar. Hər bir fəaliyyətin bir mənası olmalıdır:

 

“Onlarla “Son zəng” tədbirində olmuşam. Bu tədbirlər emosional tədbirdir və uşaqlar öz emosiyalarını, fikirlərini səmimi şəkildə göstərməlidirlər. Məktəb ictimai qurumdur. Burada müxtəlif sosial rifah səviyyəsində olan insanlar təhsil alırlar. Bu cür tədbirlər o qədər ziyalıcasına, həssas qurulmalıdır ki, hər bir uşaq orada özünü komfort hiss etsin. 150 manatı verənin yanında o biri uşaq özünü piss hiss etməsin.


Mən uşaqların səlahiyyətləndirilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Məşhur sosioloq-pedaqoq var – Rocer Hard. “Rocer Hardın nərdivanı” adlı nəzəriyyə var, orada uşaqların səlahiyyətləndirilməsini səkkiz pilləyə bölür. Ən aşağı pillənin adını “imitasiya-monipulyasiya” qoyub, ən yuxarı səkkizinci pillə isə uşaqların özlərinin tədbiri təşkil etməsi və böyüklərdən kömək istəməsidir. Bizim halımız “imitasiya-monipulyasiya” səviyyəsindədir. Hamısı bir-birinin təkrarı olan tədbirlərdə məzunlar emosiyaları sözlə ifadə etmək imkanından məhrum olurlar.


Uşaq orada emosional zövq almır”.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...