“Kontakt” Naxçıvan mağazasının açılışını Aygün Kazımova ilə etdi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

“Kontakt” Naxçıvan mağazasının açılışını Aygün Kazımova ilə etdi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

Bu günlərdə Naxçıvan böyük bir hadisəyə ev sahibliyi etdi: çünki “Kontakt” Naxçıvandakı mağazasının qapılarını tam rəsmi şəkildə müştərilərinin üzünə
açdı.

 

Uzun zamandır səbirsizliklə gözlənilən bu açılış tədbiri Azərbaycanın pop musiqisinin kraliçası – Aygün Kazımovanın iştirakı ilə daha da yaddaqalan oldu. Həmin gün “Kontakt” mağazası əsl bayramın, musiqi şousunun mərkəzinə çevrildi. Gecənin ulduz qonağı – xalq artisti Aygün Kazımova səhnəyə çıxdığı andan etibarən tədbirin atmosferi tam fərqli bir hal aldı. Sosial şəbəkələrdə viral olan paylaşımlardan da göründüyü üzrə bu açılış Naxçıvan sakinləri üçün uzun müddət unudulmayacaq xatirəyə çevrildi. Mağazanın unikal imkanları isə tədbirin təntənəsinə tam uyğun idi. Şəbəkə 1200 m² ərazidə 30.000-dən çox məhsul çeşidi ilə Naxçıvan mağazasında geniş seçim təqdim edir: rəqəmsal texnikadan mebelə, məişət avadanlıqlarından ev tekstilinə qədər hər zövqə uyğun məhsullar artıq buradadır.

 

Və əlbəttə ki, bütün bu ab-havanı daha da maraqlı edən açılışa özəl kampaniyalar idi. Mayın 18-dək “Kontakt” Naxçıvanda məhsullara nağd alışda 60%-dək
endirimlər davam edir. Daha da gözəli isə məhsulun endirimli qiymətini 24 ayadək bölüb hissəli ödəmək də mümkündür. Qısacası, indi Naxçıvan mağazasından təkcə istədiyinizi deyil, onu istədiyiniz kimi ala biləcəksiniz.

 

Məsələn:


 128 Gb-lıq iPhone 13 smartfonunu 1380 yox, 1330 manata;
 140 sm diaqonallı Hisense televizorunu 1250 yox, 750 manata;
 6 kq həcmə malik Hisense paltaryuyanını 860 yox, 500 manata;
 205 lt həcmə malik Hoffmann soyuducusunu 600 yox, 360 manata;
 Baza və yataq mexanizmli Nirvana divanını 480 yox, 250 manata ala bilərsiniz.

 

Artıq Naxçıvanda seçimlər indi daha geniş, alış-veriş isə daha rahatdır. Odur ki,Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşən “Kontakt” mağazasında sizi endirim
və sevinc dolu anlar gözləyir.

 

Qeyd edək ki, “Kontakt” bir ildən artıq müddətdir ki, Naxçıvanın istənilən bölgəsinə çatdırılma xidməti göstərir. Beləliklə, mağaza ilə yanaşı, həm də
kontakt.az saytı vasitəsilə onlayn çatdırılma xidmətindən istifadə edə bilərsiniz.

 

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...

Yeni cərimələr müəyyənləşdi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...