Trampa təyyarə hədiyəsi qalmaqal yaradıb: "Bu, etik deyil"

Trampa təyyarə hədiyəsi qalmaqal yaradıb: "Bu, etik deyil"

Qətərin ABŞ Prezidenti Donald Trampa 400 milyon dollar dəyərində “Boeing 747-8” tipli dəbdəbəli təyyarə hədiyyə etməsi Amerika ictimaiyyətində və siyasi dairələrdə ciddi qalmaqala səbəb olub. Təyyarə “Boeing”in rəsmi prezident təyyarəsinin təhvilində yaşanan gecikməyə görə, müvəqqəti olaraq istifadə olunacaq.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, “Göydəki Saray” kimi tanınan bu modelin Trampa təqdim olunması həm hüquqi, həm də etik mübahisələrə yol açıb.

 

ABŞ Konstitusiyası hökumət rəsmilərinə xarici dövlətlərdən hədiyyə qəbul etməyi qadağan etdiyindən, bir çox hüquqşünas və siyasətçi bu addımı qanunsuz xarici hədiyə kimi qiymətləndirir.


Respublikaçılar Partiyasının nüfuzlu üzvləri də bu qərara sərt reaksiya veriblər. Respublikaçı siyasətçi Nikki Haley sosial şəbəkədə paylaşım edərək bildirib:

 

“Əgər bu hədiyyə Baydenə verilsəydi, hər kəs hiddətlənərdi”.


Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani “CNN”ə açıqlamasında məsələni aydınlaşdıraraq bildirib ki, bu, şəxsi deyil, hökumətlərarası razılaşmadır və Müdafiə Nazirlikləri çərçivəsində aparılan əməkdaşlığa aiddir. O, hədiyyənin hələ də hüquqi təhlil mərhələsində olduğunu əlavə edib.


Hadisənin ictimailəşməsindən sonra Tramp tənqidçilərinə “axmaq” deyə cavab verərək onları sərt şəkildə ittiham edib:

 

"Belə bir təyyarə ödənişsiz əldə oluna biləcəyi halda niyə bundan istifadə etməyək. Bu hədiyyəni qəbul etməsək, onda vergi ödəyicilərinin verdiyi yüz milyonlarla dollarlıq vəsaitlə başqa təyyarı alınmalıdır".


Bu qalmaqalla eyni vaxtda “Boeing” şirkəti Qətərlə 160 təyyarənin satışı üçün 200 milyard dollar dəyərində tarixi müqavilə imzalayıb. Ağ Ev bu razılaşmanı elan edərkən Donald Trampı “baş müqavilə bağlayıcı” kimi təqdim edib. Razılaşmanın xəbəri “Boeing”in səhmlərində də artıma səbəb olub.


Bu hadisə ABŞ siyasətində xarici təsirlər, etik qaydalar və milli maraqlar mövzusunda yenidən müzakirələrin başlamasına səbəb olub.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...