Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün İstanbula gəlib.


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.


"Rusiya tərəfi ciddi danışıqlara hazırdır, Rusiya nümayəndə heyəti İstanbula gəlib və ciddi işə hazırdır", - o, Moskvada keçirdiyi brifinqdə deyib.


O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də birbaşa danışıqların bərpası təşəbbüsü ilə çıxış edərək, münaqişənin köklü səbəblərini aradan qaldırmaq və tarixi perspektiv üçün uzunmüddətli, davamlı sülhün bərqərar olması istiqamətində irəliləmək üçün təxirə salınmadan və ilkin şərt olmadan danışıqlara başlamağı təklif edib.


Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.


Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...