Bakıda parklanma yerlərinin sayı açıqlandı


Bakıda parklanma yerlərinin sayı açıqlandı

Hazırda Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib.

 

Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

 

Məlumata görə, BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə maarifləndirici tədbirlər təşkil edib. İlk belə tədbir üçün məkan Hüseyn Cavid prospekti, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı seçilib. Bu ərazi tələbələrin və mikromobillik vasitələri istifadəçilərinin sıx hərəkət etdiyi əsas məkanlardandır.

 

Tədbir çərçivəsində yol hərəkəti təhlükəsizliyi və mikromobilik vasitələrindən istifadə qaydaları haqqında maarifləndirici broşürlər paylanıb. Bildirilib ki, hər il dünyada 1,3 milyon insan yol qəzasında həyatını itirir. Bu qəzaların böyük qismi piyada və velosipedçilərin iştirakı ilə baş verir.

 

Piyadalara və mikromobillik vasitələri istifadəçilərinə ərazidə yeni salınmış mikromobillik zolağı və onun əhəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, müasir şəhər mühitinin daha çox insanyönümlü olması mikromobillik vasitələrindən istifadənin təşviqini zəruri edir. AYNA tərəfindən beynəlxalq təcrübə nəzərə alınaraq mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.

 

Məlumat verilib ki, mikromobilliklə bağlı təhlillər aparılır, əsas cəlbetmə məntəqələri, insanların gündəlik olaraq ən çox səfər etdiyi ərazilər müəyyənləşdirilir. Həmin ərazilərdə mikromobillik vasitələri üçün parklanma yerləri təyin olunur. Hazırda paytaxtda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib. Tələbat artdıqca parklanma məntəqələrinin sayı artırılır.

 

Bu il ərzində mikromobillik vasitələrindən 675 min 888 dəfə istifadə olunub. Bu müddətdə 1 milyon 895 min km-ə yaxın məsafə qət edilib.

 

İştirakçıların diqqətinə çatdırılıb ki, ətrafdakı digər küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və metronun “Elmlər Akademiyası” stansiyası ətrafındakı şəbəkənin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi planlaşdırılır. AYNA şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsini daha da genişləndirməyi hədəfləyib. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı velosiped və skuterləri yol hərəkəti iştirakçıları üçün əsas nəqliyyat vasitəsinə çevirməkdir.

 

Tədbir çərivəsində “Apar” velosiped kirayəsi xidmətinin nümayəndələri tərəfindən iştirakçılar üçün şəhər şəraitində təhlükəsiz velosiped sürmə və zolaqlardan düzgün istifadə qaydaları barədə təlim təşkil edilib.

 

Maarifləndirici tədbirin məqsədi yol istifadəçiləri arasında təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılmasıdır.


OXŞAR XƏBƏRLƏR

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...