"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.
Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News”a müsahibəsində deyib.
Belə ki, o, “İbrahim sazişi”nin genişləndirilməsinə icazə verib, Azərbaycan və Ermənistanın gələcəkdə onlara qoşula biləcəyini qeyd edib.
"Mən təxmin edirəm ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada vəziyyətin normallaşması potensialını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəlib. Bu, Liviya ilə də baş verə bilər. Mən “İbrahim sazişi”nə qoşulan ölkələr haqqında danışıram. Bu ölkələrə Azərbaycan və Ermənistan da daxildir. Biz bunu həll etməyə çox yaxın olduğumuza inanırıq. Nəhayət, bu münaqişənin həllinə hər iki ölkə qoşulmaq istəyir",- Vitkoff deyib.
ABŞ-nin xüsusi nümayəndəsinin sözlərinə görə, bu, ölkə prezidenti Donald Tramp üçün çox mühüm təşəbbüsdür və o, “buna inanır”.
"Bu, bütövlükdə regionda sülh və sabitliyə töhfə verir. Biz buradayıq və mənim çox yaxşı komandam var. Dövlət Departamenti ilə çox yaxşı tərəfdaşlığımız var ki, bu da bizə bəzi söhbətlərimiz üçün lazım olan kimi istedadlı şəxsləri cəlb etməyə imkan verir. Mən həqiqətən əminəm ki, yaxın bir neçə ayda dörd və ya beş, bəlkə də altı ölkə Trampın xarici siyasətinə dair mühüm təşəbbüsləri imzalayacaq və Trampın xarici siyasəti haqqında siqnal göndərəcək”,- Vitkoff yekunlaşdırıb.
Qeyd edək ki, “İbrahim sazişi” 2020-2021-ci illərdə İsrail və bir sıra ərəb dövlətləri arasında ABŞ-nin vasitəçiliyi ilə imzalanmış bir sıra sazişlərdir. Müqavilənin adı yəhudilik, xristianlıq və islamda adı keçən İbrahim peyğəmbərə istinaddır.
Firuzə Əliyeva
Sfera.az