Avtobus pulunu verməyən sərnişinlərə
Cəmiyyət
15:15 / 01.02.2017
732
"Bakubus" MMC şirkətin avtobuslarının fəaliyyət göstərdiyi bəzi marşrutlarda qarlı havalarda ödəniş etməyən sərnişinlərə müraciət edib.
Bununla bağlı "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev Milli.Az-a açıqlamasında bildirib:
"Bir çox marşrut xətləri üzrə bəzi sərnişinlər ödəniş etmədən avtobuslara daxil olurlar. Bu isə sürücülər üçün əlavə problemlər yaradır. Xahiş edirik, bu cür şəxslər hava şəraitini və real vəziyyəti nəzərə alaraq, sürücülərin və sərnişin daşıma xidmətinin keyfiyyətli şəkildə xidmət göstərilməsinə maneə yaratmasınlar. Əksinə, anlayış göstərsinlər, hətta lazım gələrsə, köməklik göstərsinlər".