Oturaq həyat bu xəstəliyi yaradırmış- Alimlərdən XƏBƏRDARLIQ

Oturaq həyat bu xəstəliyi yaradırmış- Alimlərdən XƏBƏRDARLIQ

Uzun müddət oturma və ya uzanmağın Alzheimer xəstəliyinə tutulma riskini artırdığı məlum olub. 
 

Sfera.az “İndependent” nəşrinə istinadən xəbər verir ki, ABŞ-nin Vanderbilt Universiteti Tibb Mərkəzi və Pittsburgh Universiteti tərəfindən aparılan yeni elmi araşdırma göstərib ki, uzun müddət oturaq həyat tərzi sürmək Alzheimer xəstəliyinin inkişaf riskini artırır. Tədqiqatın nəticələri oturma müddətinin yalnız həyat keyfiyyətinə deyil, həm də beyin sağlamlığına birbaşa təsir etdiyini sübut edib.


Araşdırmada 50 yaşdan yuxarı 404 nəfər iştirak edib. Onlar bir həftə boyunca bədən hərəkətliliyini izləyən cihazlar taxıblar. Alimlər yeddi il ərzində həmin şəxslərin beyin strukturlarını və zehni funksiyalarını təqib ediblər. Nəticələr göstərib ki, uzun müddət oturan insanlarda beynin yaddaş və düşünmə ilə bağlı sahələrində kiçilmə müşahidə olunub. Bu dəyişikliklər gündəlik fiziki aktivlik səviyyəsindən asılı olmayaraq baş verib.


Xüsusilə, Alzheimer xəstəliyinə genetik meyilliyi olan “APOE-e4” gen allelini daşıyan  şəxslərdə bu mənfi təsir daha qabarıq şəkildə özünü göstərib. Tədqiqatçılar bildirirlər ki, bu genetik risk faktoruna sahib olan insanlar üçün oturaq həyat tərzi daha təhlükəli hesab olunur.


Alimlər bu nəticələrə əsaslanaraq gündəlik oturma müddətinin azaldılmasını, hər 30-60 dəqiqədən bir ayağa qalxmağı və yüngül fiziki fəaliyyətlərlə fasilələr verməyi tövsiyə edirlər. Bu, həm Alzheimer riskini azaltmaq, həm də ümumi beyin sağlamlığını qorumaq üçün effektiv yanaşma hesab olunur.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...