Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb


Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb.


Sfera.az xəbər verir ki, vətəndaş müharibəsinin başlamasına səbəb Liviya milislərinin lideri Əbdül Qani əl-Kiklinin (Geniva) öldürülməsi olub.
 

Dünya KİV Liviyada vəziyyətin gərginləşməsi barədə məlumat yayıb.
 

Şəhər küçələrində hərbi texnikanın, silahlı insanların, səmada parıldamaların və atışmaların əks olunduğu görüntülər də internetdə yayılıb.


Məlumata görə, gərginlik artdıqdan sonra hərbi texnika, o cümlədən tanklar Liviya paytaxtının küçələrinə çıxarılıb. Tripolidə atışma və təhlükəli vəziyyətə görə insanlar evdə qalmağa çağırılıb.
 

Tripolidə yerləşən yerli Mitiqa hava limanı fəaliyyətini dayandırıb. Uçuşlar Misrataya yönləndirilib. Mülki təyyarələr də üsyançılar arasında toqquşma təhlükəsi səbəbindən Mitiqa hava limanından təxliyə edilib.


Hazırda vətəndaş müharibəsinin başlanmasının nəticələri barədə məlumat yoxdur.
 

Qeyd edək ki, Liviyada mütəmadi olaraq vətəndaş müharibələri baş verir: Ölkədə ilk vətəndaş müharibəsi 2011-ci ildə elan edilib, o zaman ölkəni 1969-cu ildən idarə edən polkovnik Müəmmər Qəddafiyə sadiq qüvvələrlə üsyançı qruplar arasında toqquşmalar baş verib.
 

2014-2020-ci illər ərzində Liviyada İkinci Vətəndaş Müharibəsi başlayıb və bu, müxtəlif silahlı qruplar arasında çoxtərəfli hərbi münaqişəyə çevrilib.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

ADNSU-da Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib. T...

Rus ordusu Yaltanı ələ keçirdi

Rusiya ordusu Donetsk vilayətinin Yalta yaşayış məntəqəsini ələ keçirib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb....

PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə BİLƏCƏK

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasp...

Günəşin ən dəqiq görüntüsü əldə olundu - FOTO

ABŞ-li alimlər Günəşin səthinin indiyədək qeydə alınmış ən detallı görüntüsünü əldə ediblər.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mi...

Əhaliyə xəbərdarlıq: İyunun 26-28-də...

İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidm...

TikTok rəqəmsal savadlılıq mövzusunda layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...