Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olmağa çalışarkən təhlükəsizlik işçiləri tərəfindən məkanın xaricinə çıxarılıb.

 

Sfera.az xəbər verir ki, "Love Island" proqramının qalibi olan 30 yaşlı Ekin-Su tədbirə sponsorlardan biri olan "P&O Cruises" tərəfindən dəvət olunmuşdu. Lakin o, rəsmi şam yeməyinə və tədbirdən sonrakı qonaqlığa dəvət edilməmişdi. Buna baxmayaraq, məşhur ulduz bəxtini sınayaraq özünü dəvətlilər arasında göstərmək istəyib.

Hadisə şahidlərinin dediyinə görə, Ekin-Su yemək masaları arasında məqsədsiz şəkildə dolaşır, tanınmış simaların - Damian Lewis, David Tennant və James Corden-in olduğu tədbirdə oturmaq üçün yer axtarırmış.


Ulduza yaxın mənbələr Ekin-Su'nun sadəcə çıxış yolu axtardığını iddia edirlər. Onun nümayəndələri də rəsmi şam yeməyinə dəvət almadığını təsdiqləyib. (Milli.az)
 


 


OXŞAR XƏBƏRLƏR

DİN-dən XƏBƏRDARLIQ: Bank kartınızın kodunu heç kəsə verməyin!

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.   Nazirlikdən Sfera.az-a verilən məlumata görə, iyunun 24-də vətənda...

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan...

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.   Sfera.az xəbər verir ki,...