"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.

 

Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, mayın 1-dən start götürən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu uğurla davam edir:

 

 

“Proses elektron qaydada www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir. Sevindirici hal ondan ibarətdir ki, artıq 102 min məktəbyaşlı uşağın 1-ci siniflərə qəbulu heç bir müsabiqə və ya müsahibə olmadan həyata keçirilib.

 

Dünəndən- 12 may tarixindən tədris rus dilində aparılan bölmələr üzrə müsahibə mərhələsi də başlayıb və mayın 31-inə kimi davam edəcək.

 

Yalnız Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən sıxlıq müşahidə edilən və tələbat çox olan bəzi az sayda ümumi təhsil müəssisələrinin I sinfinə qəbul prosesində məktəb və müəllim seçimi prioritet əsasında aparılacaq. Valideynlər sıxlıq müşahidə edilən məktəbləri seçmək istədikdə bu seçim onların müəyyən prioritetlərinə uyğun ( məsələn, həmin məktəbin ərazisində yaşamaq, bacı və ya qardaşın o məktəbdə oxuması) dəyərləndiriləcək. Bu il ilk dəfə olaraq  rus bölməsi üzrə aparılan müsahibələrin nəticələri bir gün sonra elan edilir”.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...